Əfqanıstanda 67 talibançı məhv edilib
Qeyd olunur ki, son 24 saat ərzində milli müdafiə qüvvələri müxtəlif əyalətlərdə 12 birgə hücum əməliyyatları həyata keçirib, xüsusi təyinatlı bölmələr 114 xüsusi tapşırıq icra edib, Əfqanıstanın hərbi hava qüvvələri isə talibançıların mövqelərinə 12 hava zərbəsi endiriblər. Əməliyyatlar nəticəsində azı 67 silahlı üsyançı öldürülüb, 28-i yaralanıb. Həmçinin, onlara məxsus silahlar da məhv edilib.
Xatırladaq ki, “Taliban” hərəkatı Şeyx Məhəmməd Ömərın başçılığı ilə 1994-cü ildə Qəndəhar şəhərindəki mədrəsədə formalaşdırılıb. 1996-2001-cü illərdə Əfqanıstanda hakimiyyəti ələ keçirib və ölkənin adını “Əfqanıstan İslam Əmirliyi”nə dəyişib. O zaman “Taliban”ın Əfqanıstandakı hakimiyyətini yalnız 3 ölkə - Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Pakistan tanıyıb. 2004-cü ildən isə Pakistanın şimalındakı Vəziristan əyalətini idarə ediblər.
Silahlı qruplaşmaya çevrilən “Taliban” hərəkatı Əfqanıstanın islam bayrağı altında birləşməsini, ölkənin şəriət qaydalarilə idarə olunmasını tələb edir. Digər dinlərə qarşı amansız mövqe sərgiləyir. 2003-cü ildən “Taliban” hərəkatı BMT Təhlükəszilik Şurası tərəfindən terror təşkilatı kimi tanınır.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Əfqanıstan taliban