ABŞ erməniləri Türkiyəyə yeni zərbə vurmağa hazırlaşır

ABŞ erməniləri Türkiyəyə yeni zərbə vurmağa hazırlaşır
  14 Sentyabr 2018    Oxunub:3722
Amerikada yaşayan ermənilər ABŞ-Türkiyə münasibətlərinin gərginləşməsindən istifadə edərək Ankaraya zərbə vurmağa hazırlaşırlar.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, ABŞ-da Azərbaycan və Türkiyə əleyhinə lobbiçilik fəaliyyəti ilə məşğul olan, bir çox konqressmenləri pulla satın alan, terrorçu “Daşnaksütyun” partiyası ilə sıx əməkdaşlıq edən Amerika Erməniləri Milli Komitəsi “erməni soyqırımı”nın tanınmasına dair qətnamənin ABŞ Konqressində səsverməyə çıxarılması üçün petisiya hazırlayıb.

Petisiyada qeyd olunur ki, “bu gün Türkiyə tək qalıb. Konqressdə əvvəllər Türkiyənin davranışlarını ört-basdır edənlər indi özləri örtük axtarırlar. Biz noyabrda Konqressə aralıq seçkilərinə yaxınlaşdıqca, Türkiyə səfirliyi və lobbiçiləri də soyqırım qətnaməsiin qəbuluna qarşı fəaliyyətlərini gücləndiriblər. Onların strategiyası ondan ibarətdir ki, sənəd üzrə səsvermə prosesini bloklasınlar. Çünki bilirlər ki, Konqressdə əksər çoxluq bu qətnaməni dəstəkləyir.”

Amerika Erməniləri Milli Komitəsi hesab edir ki, petisiyada kifayət qədər imza toplanarsa, 120 konqressmenin ermənilərin tərəfində olduğu nəzərə alınsa, saxta soyqırımla bağlı qətnamə qəbul oluna bilər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: türkiyə   Ermənistan   ABŞ   soyqırım  





Xəbər lenti