ABŞ-ın hərbi helikopterləri Səudiyyəyə verildi

ABŞ-ın hərbi helikopterləri Səudiyyəyə verildi
  14 Sentyabr 2018    Oxunub:3308
Amerika istehsalı olan ilk “MH-60R” çox məqsədli hərbi donanma helikopteri Səudiyyə Ərəbistanı hərbi dəniz qüvvələrinin ixtiyarına verilib.
AzVision.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin rəsmi "Tvitter" səhifəsində məlumat yerləşdirilib.

Qeyd olunub ki, Səudiyyə ordusunda yüksək döyüş keyfiyyətlərinə malik bu cür helikopterlərin mövcudluğu Krallığın hərbi dəniz qüvvələrinin regiondakı bütün təhdid və çağırışlara qarşılıq vermək imkanını gücləndirəcək. “MH-60R” helikopterlərinin Səudiyyəyə çatdırılmasının qrafika üzrə davam etdiyi bildirilib.

ABŞ və Səudiyyə Ərəbistanı arasında 2015-ci ildə imzalanmış 1,9 milyard dollarlıq sazişə əsasən, Pentaqon Səudiyyə donanmasını 10 ədəd “MH-60R” helikopterləri ilə təchiz etməlidir. Onların istehsalı ilə Amerikanın “Lockheed Martin” hərbi-sənaye korporasiyası məşğul olur. Bu helikopterlərin biri 145 milyon dollar dəyərindədir. “MH-60R”lər sualtı qayıq və dəniz piyadaları əleyhinə döyüşlərdə, axtarış-xilasetmə missiyalarında, nəzarət və rabitə tapşırıqlaında, loqistik dəstək və şəxsi heyətin transferində istifadə olunur.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Səudiyyə   ABŞ  





Xəbər lenti