Cüdoçumuz Bolqarıstanda bürünc medal qazandı

  14 Sentyabr 2018    Oxunub : 4461
Cüdoçumuz Bolqarıstanda bürünc medal qazandı
Bolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo üzrə gənclərin Avropa birinciliyi davam edir. Qitə birinciliyinin ikinci günü millimiz aktivinə daha bir medal yazdırıb.
AzVision.az xəbər verir ki, 81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Murad Fətiyev mötəbər yarışın bürünc medalına sahib olub.

Xatırladaq ki, birinciliyin ilk günü Tofiq Məmmədov (60 kq) qızıl, Rövşən Əliyev (55 kq) gümüş, Balabəy Ağayev (55 kq) və Şəfəq Həmidova (44 kq) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, 42 ölkədən 405 (217 kişi, 188 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa çempionatında Azərbaycan millisi 14 (10 kişi, 4 qadın) cüdoçu ilə təmsil olunur.

AzVision.az

Teqlər: Cüdo   Medal