Çavuşoğlu Azərbaycan xalqını təbrik edib

Çavuşoğlu Azərbaycan xalqını təbrik edib
  15 Sentyabr 2018    Oxunub:4269
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqını təbrik edib.
AzVision.az xəbər verir ki, bu barədə Çavuşoğlu özünün "Tvitter" səhifəsində yazıb.

“Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyini qardaş Azərbaycanla birlikdə qeyd edirik”, – deyə Çavuşoğlu Azərbaycan xalqına təbrik mesajı ünvanlayıb.

Qeyd edək ki, sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 100 il ötür. 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Azərbaycan   Türkiyə  





Xəbər lenti