İranın Parisdəki səfirliyinə hücum edilib

İranın Parisdəki səfirliyinə hücum edilib
  15 Sentyabr 2018    Oxunub:3351
Fransanın paytaxtı Parisdəki İran səfirliyinin binasına hücum edilib.
AzVision.az İranın dövlət televiziyasına istinadən xəbər verir ki, ötən axşam “Kürdüstan İnqilabçı və Əməkç İcması Partiyası”nın (“Komele”) etirazçılardan ibarət 15 nəfərlik qrup İranın Fransadakı səfirliyinə hücum edib.

Etirazçılar diplomatik missiyanın binasına ziyan vurub, şüşələri qırıb və divarları spreylə yazıblar. Fransa polisinin aksiya barədə öncədən xəbərdar olmasına rəğmən, müvafiq təhlükəsizlik tədbirləri görmədiyi bildirilib.

Qeyd edək ki, İranda terror təşkilatı kimi tanınan “Komele”nin 3 üzvü 8 sentyabrda edam edilib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   Fransa  





Xəbər lenti