Pakistanda qatar qəzası, yaralılar var

Pakistanda qatar qəzası, yaralılar var
  16 Sentyabr 2018    Oxunub:2845
Pakistanda qatar relsdən çıxıb.
AzVision.az xəbər verir ki, bu barədə "Geo News" "Pakistan Railways"in təmsilçisinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Kəraçidən Peşavar istiqamətində hərəkət edən sərnişin qatarında baş verib. Qatarın səkkiz vaqonu relsdən çıxıb. Qəza nəticəsində 20 nəfər xəsarət alıb.

Hadisə yerində xilasedicilər işləyir. Qəza ilə bağlı ərazidə qatarların hərəkəti dayandırılıb. Hadisənin səbəbləri müəyyənləşdirilir.

AzVision.az


Teqlər: Pakistan  





Xəbər lenti