Fici sahillərində güclü zəlzələ olub

Fici sahillərində güclü zəlzələ olub
  17 Sentyabr 2018    Oxunub:2527
Sakit okeanın Fici Respublikası sahillərində 6,5 maqnituda gücündə zəlzələ baş verib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Təbii fəlakətin ocağı 77 min insanın yaşadığı paytaxt Suvadan 810 km məsafədə və 570 km dərinlikdə yerləşib. Sunami təhlükəsi elan olunmayıb. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

AzVision.az


Teqlər: Fici   Zəlzələ  





Xəbər lenti