Ermənistanda yaşayış binasında partlayış olub - Terror təhlükəsi
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Partlayış nəticəsində binanın şüşə və qapıları, divarları dağılıb.
Qeyd olunur ki, partlayışın baş verdiyi əraziyə giriş-çıxış bağlanıb, binada yaşayan 30 sakin evakuasiya edilib.
Ermənistan təhlükəsizlik qüvvələri partlayış baş verən ərazidə aşkarlanan obyektlərin terror aktı törətmək məqsədli olduğunu istisna etmir. Hazırda insidentlə bağlı cinayət işi açılıb, istintaq aparılır.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Ermənistan terror