Əliyar Ağayev “Latsio”nun oyununu idarə edəcək

Əliyar Ağayev “Latsio”nun oyununu idarə edəcək
  17 Sentyabr 2018    Oxunub:6698
FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyuna təyinat alıb.
AzVision.az AFFA-nın saytına istinadən xəbər verir ki, FİFA referisi İtaliyanın "Latsio" və Kiprin “Apollon” (Limassol) komandalarının oyununu idarə edəcək.

Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcək. Əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq. Dördüncü hakim funksiyasını isə Mübariz Haşımov yerinə yetirəcək.

Qeyd edək ki, oyun sentyabrın 20-də Roma Olimpiya Stadionunda keçiriləcək.

AzVision.az


Teqlər: Əliyar-Ağayev   Hakim  





Xəbər lenti