41 məhbus zibil maşını ilə həbsxanadan qaçıb

41 məhbus zibil maşını ilə həbsxanadan qaçıb
  17 Sentyabr 2018    Oxunub:2823
Myanmanın Karen ştatındakı Pha-An həbsxanasından 29-u məhkum və 12-si təqsirləndirilən şəxs olmaqla 41 məhbus qaçıb.
AzVision.az xəbər verir ki, bu barədə hökumətin “Myanm Alinq” rəsmi qəzeti məlumat yayıb. Bildirilib ki, məhbuslar həbsxanadan zibil daşıyan yük maşınını ələ keçirib, onun vasitəsilə darvazanı itəliyərək qaçıblar.

Artıq həbsxanadan qaçanların 10-u 200 kilometr məsafə aralığında yerləşən kəndlərdə polis və hərbçilər tərəfindən tutulub. Məhbusların ələ keçirdiyi zibil maşını da həmin ərazidə aşkarlanıb. Ehtimal olunur ki, məhbuslar Karen ştatında Myanma ilə Tailand sərhəddini keçərək ölkəni tərk etməyə çalışıblar. Tappılmayan digər məhbusların aqibəti bəlli deyil.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Myanma  



Xəbər lenti