NATO-da Ukrayna ilə bağlı yekdillik yoxdur

NATO-da Ukrayna ilə bağlı yekdillik yoxdur
  17 Sentyabr 2018    Oxunub:2324
Ukraynanın NATO-nun genişləndirilmiş imkanlar proqramında iştirakına dəvəti məsələsində Kiyev alyansın tam və yekdil dəstəyinə sahib deyil.
AzVision.az xəbər verir ki, bu barədə NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Alexandro Alvarqonsales “Yevropeyskaya pravda” internet qəzetinə müsahibəsində deyib.

“Ukraynanın bu formata (genişləndirilmiş imkanlar proqramına – red.) daxil edilməsi üçün NATO üzrə bütün müttəfiqlərin yekdil dəstəyi lazımdır. Lakin indiki vəziyyətdə mən alyansın üzvləri arasında belə bir konsensus görmürəm”, – deyə NATO rəsmisi bildirib. O, vurğulayıb ki, Ukraynaya belə bir format hələlik lazım deyil.

Qeyd edək ki, apreldə Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevin NATO-nun genişləndirilmiş imkanlar proqramında iştirakına təkid edəcəyini bəyan edib. Bu proqram Silahlı Qüvvələrinin standartı NATO standartlarına yaxın olan alyansa üzv olmayan ölkələr üçün nəzərdə tutulub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ukrayna   NATO  





Xəbər lenti