ABŞ-Xəzər Biznes Forumu keçiriləcək
ABŞ və Transxəzər ölkələri arasında yaranan strateji tərəfdaşlıqlara əsaslanan Xəzər Biznes Forumu həm ABŞ, həm də Xəzər regionu ölkələrindən olan biznes icmalarına fayda verə biləcək imkanlar yaratmaq üçün aparıcı platforma təqdim edir.
Xəzər Siyasət Mərkəzi forumda biznes, investisiya və maliyyə imkanları mövzularında danışmaq üçün Xəzəryanı ölkələrin yüksək rütbəli dövlət rəsmilərini və özəl sektor və nazirlik səviyyəsində nümayəndələri dəvət edib.
Dövlət Departamentinin, Ticarət Nazirliyinin və Amerikanın Xaricdə Fərdi İnvestisiyalar Korporasiyasının (OPİK) yüksək səviyyəli nümayəndələrinin forumda çıxışı gözlənilir. Xəzər Siyasət Mərkəzi, ABŞ Ticarət Palatası və Xəzəryanı ölkələrin səfirlikləri forumun birgə təşkilatçılarıdılar.
AzVision.az