3 gün ərzində Pxenyanda qalacaq Çje İn Şimali Koreya lideri ilə 2 dəfə danışıqlar aparacaq. Müzakirələrin mövzusu ikitərəfli münasibətlərin yaxşılaşdırılması və gələcək inkişafı, Koreya yarımadasının nüvəsizləşdirilməsi və regiondakı gərginliyin azaldılması, həmçnin, Şimali Koreyanın ABŞ-la dialoqunun inkişafı məsələləri olacaq.
Qeyd edək ki, bu, Cənubi Koreya prezidentinin son 11 ildə Şimali Koreyaya ilk səfəridir. Sonuncu dəfə 2007-ci ilin oktyabrında Cənubi Koreya prezidenti No Mun Hyon Pxenyana səfər etmişdi.

Leyla Elbrusqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


