İrandan Ərdoğan-Putin görüşünə reaksiya: Müharibənin qarşısı alındı

İrandan Ərdoğan-Putin görüşünə reaksiya: Müharibənin qarşısı alındı
  18 Sentyabr 2018    Oxunub:2450
İran, Türkiyə və Rusiya arasındakı dilomatiya Suriyanın şimal-qərbində yerləşən İdlib bölgəsində müharibənin qarşısını aldı. İran Soçidə Rəcəb Tayyip Ərdoğanla Vladimir Putin arasında əldə olunan İdlib razılaşmasından məmnundur.

AzVision.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif "Tvitter" səhifəsində bəyan edib.
“Son bir neçə həftə ərzində mənim Ankara və Dəməşqə səfərim, ardınca İran-Rusiya-Türkiyə liderlərinin Tehran sammiti və daha sonra Soçi görüşündə aparılan intensiv məsuliyyətli diplomatiya ekstremist terrorrizmlə mübarizədə qətiyyətli öhdəlik götürməklə İdlibdə müharibənin qarşısını almağa müvəffəq oldu. Diplomatiya hələ də təsirlidir”, – deyə Zərif yazıb.

Qeyd edək ki, ötən gün Soçidə görüşən Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyip Ərdoğan İdlib üzrə razılığa gəliblər. Putin bildirib ki, oktyabrın 15-dən etibarən Suriyanın atəşkəs elan olunan bölgələrində 15-20 kilometrlik təmas xətt üzərində təhlükəsizlik zolağı yaradılacaq. Müxalifət və hökumət qüvvələri, həmçinin ağır hərbi texnika və silahlar həmin zonalardan çıxarılacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   İdlib  





Xəbər lenti