Prezident TQDK kollegiyasının tərkibini təsdiq etdi

Prezident TQDK kollegiyasının tərkibini təsdiq etdi
  24 Oktyabr 2013    Oxunub:1283
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası kollegiyasının tərkibi təsdiq edildi.
AzVision.az xəbər verir ki,Azərbaycan Prezidenti İlham Əliyev Tələbə Qəbulu üzrə Dövlət Komissiyası kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident Sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası kollegiyasının aşağıdakı tərkibi təsdiq edilsin:

Kollegiyanın sədri:

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri
Kollegiyanın üzvləri:

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin müavini

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Aparatının rəhbəri

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin müdiri

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təşkilat şöbəsinin müdiri

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional bölməsinin rəhbəri.


Teqlər:





Xəbər lenti