“Florens” qurbanlarının sayı 32-yə çatıb

“Florens” qurbanlarının sayı 32-yə çatıb
  18 Sentyabr 2018    Oxunub:2286
ABŞ-ın Şimali və Cənubi Korolina ştatlarında “Florens” qasırğası nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb. Qeyd olunur ki, qasırğa nəticəsində həyatını itirənlərin əksəriyyəti – 25-i Şimali Karolinadandır.

Xatırladaq ki, sentyabrın 14-də ABŞ-ın şərq sahilləri Atlantik okeanında tüğyan edən “Florens” qasırğasının təsirinə məruz qalıb. Hazırda "Florens" qasırğasının gücünü itirərək tədricən şimal-şərq istiqamətinə çəkilməsinə baxmayaraq, ABŞ-ın cənub-şərq bölgələrində güclü yağışlar səbəbindən suyun səviyyəsinin artması inanlar üçün təhlükəsli vəziyyət yaradıb. Şimali Karolinanın qubernatoru Roy Kupper “Florens” qasırğadan sonra yağışların davam edəcəyilə bağlı sakinlərə xəbərdarlıq edib. Ehtiyac yaranarsa, təhlükəsiz ərazilərə getmələrini tövsiyə edib.

Qasırğanın keçdiyi ştatlarda bir çox qəsəbə və şəhər, eləcə də magistral yollar tamamilə suyun altında qalıb. 700 mindən çox evin işıqsızdır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti