Avstriyada qatar sərnişin avtobusu ilə toqquşub

Avstriyada qatar sərnişin avtobusu ilə toqquşub
  18 Sentyabr 2018    Oxunub:2383
Avstriyanın ikinici ən böyük şəhəri olan Qratsda qatar şəhərətrafı avtobusla toqquşub. Qəza nəticədə avtobusun 34 yaşlı sürücüsü ölüb, 11 nəfər isə yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” Avstriyanın Ştiriya federal əyalətinin polis idarəsinə istinadən məlumat yayıb. Qeyd olunur ki, yaralılardan 8-nin vəziyyəti ağır olduğundan ölənlərin sayının arta biləcəyi istisna edilmir.

Avstriyanın milli dəmiryolu şirkəti OBB isə bildiirb ki, qəza törədən qatar onlara məxsus deyil. Hazırda insidentlə bağlı araşdırma aparılır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Avstriya  





Xəbər lenti