Suriya Rusiyanın hərbi təyyarəsini vurdu

Suriya Rusiyanın hərbi təyyarəsini vurdu
  18 Sentyabr 2018    Oxunub:2568
Rusiya Müdafiə Nazirliyi ötən gün Aralıq dənizində radarlardan itərək yoxa çıxan hərbi təyyarəsinin Suriya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.
AzVision.az xəbər verir ki, Rusiya tərəfi hadisəyə görə İsraili günahlandırıb.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib: “İsrail pilotları Rusiyaya məxsus təyyarəni qalxan olaraq istifadə etməklə Suriya hava hücumundan müdafiə sistemlərindən açılan atəşə açıq hala gətirib. Nəticədə F-16-dan çox böyük olan İl-20 təyyarəsi S-200 hava hücumundan müdafiə sistemlərindən atılan raketlə vurulub. İsrail bizi həyata keçirəcəyi əməliyyatdan sadəcə 1 dəqiqə öncə xəbərdar edib. İsrailin provakativ və düşməncə mövqe tutub. İsrailin bu hərəkətinə görə, lazımı cavabı vermə haqqını özümüzdə saxlayırıq”.

Hələlik İsrail tərəfi məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Rusiyaya məxsus 14 ekipajlı İl-20 tipli təyyarə Lazkiyə bazasına geri qayıdarkən Suriya sahillərindən 35 kilometr aralıda radarlardan itib. Həmin zaman sahil boyu ilə İsrailə məxsus 4 F-16 qırıcısı manevr edərək, Rusiyaya məxsus təyyarənin vurulmasına səbəb olub.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Rusiya   Suriya   İsrail   Təyarə  





Xəbər lenti