İsraildən Rusiyaya cavab: Günahkar biz deyilik

İsraildən Rusiyaya cavab: Günahkar biz deyilik
  18 Sentyabr 2018    Oxunub:2351
“Rus əsgərlərinin ölümünə görə kədərliyik. Amma Rusiya təyyarəsinin vurulmasının günahkarı Bəşər Əsəd, İran və Hizbullahdır”.
AzVision.az xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında qeyd olunur.

Qeyd edək ki, sentyabrın 17-də Rusiyaya məxsus “İl-20” təyyarəsi Suriyanın Hmeymim aviabazasına qayıdarkən Aralıq dənizi sahillərindən 35 kilometr məsafədə təyyarə ilə əlaqə kəsilib. RF Müdafiə Nazirliyindən verilən məlumata görə Rusiya təyyarəsi İsrail Hərbi Hava Qüvvələrinin təxribatçı hərəkətləri nəticəsində vurulub. Rusiyanın 15 hərbi qulluqçusu həlak olub.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu İsrailin müdafiə naziri Aviqdor Libermanla telefon danışığı zamanı hadisəyə görə günahkarın İsrail olduğunu və Rusiyanın İsrailə qarşı cavab addımları atmaq hüququnu özündə saxladığını bildirib.

Kənan Məmmədov
AzVision.az


Teqlər: İsrail   Rusiya   Təyyarə   İran  





Xəbər lenti