AzVision.az klubun saytına istinadən xəbər verir ki, sabah - sentyabrın 19-da baş məşqçimiz Qurban Qurbanov yerli vaxtla 18:30-da (Bakı vaxtıyla 21:30) media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 19:00-da (Bakı vaxtıyla 22:00) qarşılaşmanın keçiriləcəyi “Joze Alvalade” stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
Qeyd edək ki, "Sportinq" - "Qarabağ" görüşü sentyabrın 20-i Bakı vaxtı ilə 23:00-da başlayacaq.
AzVision.az