“Veysəloğlu” dağ kəndlərində şagirdləri sevindirib

“Veysəloğlu” dağ kəndlərində şagirdləri sevindirib
  18 Sentyabr 2018    Oxunub:1411
“Veysəloğlu” Şirkətlər Qrupu yeni tədris ili ərəfəsində ölkənin ucqar dağ kəndlərində yaşayan ailələrlə görüşlər keçirib, onların məktəbli övladlarının qayğıları ilə maraqlanıb.
Şirkətlər Qrupunun əməkdaşları özünün Korporativ Sosial Məsuliyyət (KSM) layihəsi çərçivəsində İsmayıllı rayonunun 2 ucqar dağ kəndi olan Köhnədaxar və Yuxarı Qaraqaya gedərək, burada yaşayan məktəbli uşaqlara çanta və məktəb ləvazimatlarından ibarət hədiyyələr təqdim edib.

Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupu daim təhsillə bağlı müxtəlif layihələr həyata keçirir və təhsilə dəstək şirkətin KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün motivasiya yaratmaq, onların ölkəmizə layiqli vətəndaş kimi formalaşmasına dəstək olmaq şirkətin ən prioritet məqsədlərindən biridir.



Teqlər: Veysəloğlu  





Xəbər lenti