Qarabağda erməni əsgər döyülüb

Qarabağda erməni əsgər döyülüb
  18 Sentyabr 2018    Oxunub:2418
İşğal olunmuş Ağdərə rayonunun ərazisində yerləşdirilən Ermənistan ordusunun bölmələrinin birində nizamnamədən kənar münasibətlər zəminində daha bir insident baş verib.
AzVision.az Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, 15-ci bölükdə xidmət edən Tigran Avetisyan adlı hərbi qulluqçu kiçik komandirin qeyri-qanuni əmrini icra etməkdən imtina etdiyinə görə gecə saatlarında hərbçilər tərəfindən döyülüb.

Təhqirlərə məruz qalaraq vəhşicəsinə döyülən hərbi qulluqçu T.Avetisyan aldığı xəsarətlər səbəbindən tibb məntəqəsinə yerləşdirilib.

Hadisə ilə bağlı hərbi polisdə cinayət işi açılıb. Fakt ictimaiyyətdən gizlədilsə də istintaq aparılır.

AzVision.az


Teqlər: Qarabağ   Əsgər  





Xəbər lenti