Şəhriyar Məmmədyarov dünya çempionu uğrunda mübarizədə

Şəhriyar Məmmədyarov dünya çempionu uğrunda mübarizədə
  24 Oktyabr 2013    Oxunub:1964
Şəhriyar Məmmədyarov 2014-cü ilin mart ayında dünya çempionu titulu uğrunda mübarizə aparacaq.
Şahmat üzrə dünya çempionu adına iddiaçıların gələn il keçiriləcək turnirinin dəqiq müddəti elan edildi.

AzVision.az FİDE-nin saytına istinadla xəbər verir ki, iddiaçıların ən yaxın turniri 2014-cü il martın 12-dən 30-dək Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək.

İddiaçıların turnirinin yekunlarına əsasən dünya çempionu titulu uğrunda növbəti matçın iştirakçısı müəyyən ediləcəkdir. Xantı-Mansiysk turnirində dünyanın ən güclü 8 qrossmeysteri iştirak edəcək.

İştirakçılardan 6 nəfərinin adı artıq məlumdur: Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov, Rusiya nümayəndələri Vladimir Kramnik, Sergey Karyakin, Dmitri Andreykin, bolqarıstanlı Veselin Topalov və erməni Levon Aronyan.

Digər iki iştirakçının adları bir qədər sonra müəyyən ediləcəkdir. Belə ki, yeddinci iştirakçının adı 2013-cü ilin dünya çempionu adı uğrunda hindistanlı Vişvanatan Anand və Norveç nümayəndəsi Maqnus Karlsen arasında matçdan (07-28 noyabr 2013) sonra məlum olacaq. Həmin matçda məğlub olan şahmatçı 2014-cü ildə iddiaçıların turnirində iştirak edəcəkdir; səkkizinci iştirakçı isə FİDE-dən wild-card (ixtisas seçimindən keçməmiş iştirakçıya xüsusi dəvətnamə) alacaq.


Teqlər:





Xəbər lenti