"Təyyarədəki əsgərlərin ölümü fəlakətdir" - Putin

"Təyyarədəki əsgərlərin ölümü fəlakətdir" - Putin
  18 Sentyabr 2018    Oxunub:2512
Rusiya prezidenti Vladimir Putin "İl-20" təyyarəsi ilə bağlı faciəni Türkiyənin Rusiyaya məxsus "Su-24" təyyarəsini vurması ilə müqayisə etməməyə çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə Putin Macarıstanın baş naziri Viktor Orbanla görüşünün yekununa dair keçirdiyi mətbuat konfransında bəyan edib.

“O zamanTürkiyə qırıcını qəsdən vurmuşdu. Burada tragik təsadüflər zəncirinə bənzəyən vəziyyət var. İsrail qırıcısı bizim təyyarəni vurmayıb”, - deyə Putin vurğulayıb.

Rusiya prezidenti əsgərlərin ölümünü fəlakət adlandırıb: “İnsanların ölümü, xüsusən belə tragik şəkildə ölümü hər zaman fəlakətdir. Həm bizim, həm ölkəmiz, həm də ölən dostlarımızın yaxınları üçün bu belədir. Həlak olan əsgərlərimizin yaxınlarına başsağlığı verirəm”.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   İsrail   Suriya   Təyyarə  





Xəbər lenti