Xoşqədəmin ifşa etdiyi manyak ata və oğula ömürlük həbs verildi
Xatırladaq ki, ötən ilin dekabr ayının 6-da Salyanda 3 il əvvəl itkin düşmüş ana və 4 qızının həyat yoldaşı tərəfindən qətlə yetirilərək yaşadıqları evdə basdırıldığı məlum olub. 2014-cü ildə Salyan şəhərinin “Zavod” məhəlləsində yaşayan 56 yaşlı Mehparə Nadir qızı Əliyeva dörd qızı - 32 yaşlı İradə, 19 yaşlı Rəqibə, 30 yaşlı Sevda və 26 yaşlı Ümidə ilə birlikdə itkin düşmüşdü. Ailənin başçısı Fərhad Məhərrəm oğlu Əliyevin içki düşkünü olması ucbatından yaşanan münaqişələrə görə qadının qızlarını götürərək Türkiyəyə getdiyi ehtimal olunsa da, onların Fərhad Əliyev tərəfindən öldürülərək oğlu Fəqanın köməkliyi ilə həyətlərində basdırıldığı məlum omuşdu.
Hadisənin açılmasına səbəb isə Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində onlarla bağlı süjetin göstərilməsi olmuşdu. Belə ki, ana və qızlarının Türkiyəyə getməsi ehtimalının ictimailəşdirilməsini qeyrətsizlik kimi qəbul edən ata və oğul törətdikləri cinayəti etiraf etmişdilər. (Virtualaz.org)
AzVision.az