Çempionlar Liqası: "İnter” və "Barselona" qələbə qazandı

Çempionlar Liqası: "İnter” və "Barselona" qələbə qazandı
  19 Sentyabr 2018    Oxunub:5290
UEFA Çempionlar Liqasının birinci turuna start verilib.
Turun ilk oyunu B qrupunda oynanılıb. İtaliyada "San-Siro" stadionunda keçirilən qarşılaşmada meydan sahibi "İnter" İngiltərənin "Tottenhem" klubunu qəbul edib. Matç “İnter”in 2:1 hesablı qələbəsilə yekunlaşıb.

Qrupun digər oyunu "Nou Kamp"da baş tutub. Hollandiyanın PSV klubu İspaniyanın "Barselona" komandasının qonağı olub. Görüş 4:0 hesabı ilə "Barselona"nın qələbəsi ilə başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti