Taleh Məmmədov qızıl medal qazanıb

Taleh Məmmədov qızıl medal qazanıb
  19 Sentyabr 2018    Oxunub:5175
Belarusun paytaxtı Minskdə yunan-Roma güləşi üzrə Oleq Karavaevin xatirə turniri davam edir.
AzVision.az xəbər verir ki, ikinci yarış günündə Taleh Məmmədov (63 kq) qızıl, Rafiq Hüseynov (82 kq) isə bürünc medal qazanıb.

Sabah daha 3 medal qazana bilərik. Belə ki, Murad Məmmədov (60 kq) və İslam Abbasov (87 kq) finalda, son Avropa çempionu Eldəniz Əzizli (55 kq) isə 3-cü yer uğrunda güləşəcək.

AzVision.az


Teqlər: Güləş  





Xəbər lenti