ABŞ “Şimal axını-2”yə qarşı sanksiyalardan imtina etdi

ABŞ “Şimal axını-2”yə qarşı sanksiyalardan imtina etdi
  19 Sentyabr 2018    Oxunub:2280
Almaniya hakimiyyəti “Şimal axını-2” qaz boru kəməri layihəsinə “yersiz” olaraq pul xərcləyir. Bununla belə, ABŞ bu layihədə iştirak edən şirkətlərə qarşı snkisya tətbiq etməyi planlaşdırmır.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Polşalı həmkarı Anjey Duda ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında bəyan edib.

“Biz bunu etməyi (sanksiyalar tətbiq etməyi – red.) planlaşdırmırıq. Biz sadəcə düşünürük ki, çox təəssüf ki, alman xalqı Rusiyadan alınan enerji resurlarına görə il ərzində milyardlar və milyardlarla dollar pul ödəyir. Və mən sizi əmin edə bilərəm ki, bu, alman xalqının xoşuna gəlmir”, – deyə Tramp vurğulayıb.

Duda isə öz növbəsində ümid edib ki, Tramp “Şimal axını-2” qaz boru kəmərinin tikintisini dayandıracaq.

“Qərar ABŞ prezidentinin əlindədir. Ümid edirəm ki, cənab prezident bu qərarı qəbul edəcək”, - deyə Duda prezident Trampla görüşündən sonra Polşa televiziyasındakı çıxışında bildirib.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Rusiya   ABŞ   Almaniyia   “Şimalaxını-2”  





Xəbər lenti