Tramp Paşinyanla görüşə razılıq verməyib

Tramp Paşinyanla görüşə razılıq verməyib
  19 Sentyabr 2018    Oxunub:2320
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-a səfərini İrəvan Ağsaqqallar Şurasındakı seçkilərə görə bir neçə günlük təxirə salıb.
AzVision.az xəbər verir ki, bu barədə Paşinyan "Facebook" səhifəsində canlı yayım zamanı bildirib.

“BMT Baş Assambleyasında iştirak etmək məqsədilə Nyu-Yorka getməliyəm. Mənə 21 və ya 22 sentyabrda getməli olduğumu bildirdilər. Hər şeyi elə nizama salmışam ki, 23 sentyabrda səhər tezdən səs vermədə iştirak etdikdən sonra Nyu-Yorka yola düşəcəyəm. Bununla bir səsin vacibliyini vurğulamaq istəyirəm”, - deyə Paşinyan qeyd edib.

O, seçiciləri 23 sentyabrda seçkidə iştirak etməyə və “Mənim Addımım” ittifaqının namizədinə səs verməyə çağırıb.

Ermənistan XİN-in sözçüsü Tiqran Balayan isə bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyan və ABŞ prezidenti Donald Trampın görüşünü təşkil etmək niyyətləri var. Onun sözlərinə görə, səfər zamanı bir sıra ikitərəfli görüşlər nəzərdə tutulub.

Balayan Trampın Paşinyanla görüşə razılıq vermədiyini etiraf edib: "ABŞ prezidenti ilə görüş barədə yekun razılıq əldə edildiyini demək olmaz".

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Paşinyan   ABŞ   Səfər  





Xəbər lenti