Cənubi Koreya prezidenti Trampla görüşəcək

Cənubi Koreya prezidenti Trampla görüşəcək
  19 Sentyabr 2018    Oxunub:1963
Cənubi Koreya prezidenti Mun Çje İn BMT Baş Assambleyasının 73-cü sessiyasının açılış mərasimi çərçivəsində 24 sentyabrda Nyu-Yorkda ABŞ prezidenti Donald Tramp ilə görüşəcək.
AzVision.az xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti administrasiyasının nümayəndəsi Seulda jurnalistlərə açıqlamasında deyib.

Qeyd olunur ki, Mun Çje İnin Trampla görüşünün əsas məqsədi hazırda Pxenyanda Şimali Koreya lideri ilə danışıqların nəticəsi barədə ABŞ prezidentini məlumatlandırmaq və məsləhətləşmələr aparmaqdır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Koreya   ABŞ  





Xəbər lenti