Braziliyada məhbusların qiyamı - Ölənlər var

Braziliyada məhbusların qiyamı - Ölənlər var
  19 Sentyabr 2018    Oxunub:2356
Braziliyanın şimalındakı Para əyalətinin Altamira rayonunda yerləşən həbsxanada iki dəstənin bıçaqlı davası nəticəsində 7 məhkum ölüb, 3-ü isə yaralanıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gecə 16 məhkum havalandırma sisteminin bacasından keçmək yolu ilə həbsxanadan qaçmaq istəyən 16 məhkum kameralar vasitəsilə ifşa olunaraq gözətçilər tərəfindən saxlanılıb.

Hadisədən sonra 120 məhkum həbsxananın bəzi ərazilərində yanğın çıxararaq üsyana başlayıb. Üsyan zamanı həbsxanadakı 2 cinayətkar dəstə arasında dava baş verib və nəticədə 6 məhkum digərləri tərəfindən öldürülüb, biri isə yanaraq ölüb.



Qeyd edək ki, Braziliya həbsxanalarında saxlaya biləcəkləri limitdən daha çox məhkum yerləşdirilir. Davanın və qaçışa cəhdin baş verdiyi Para həbsxanasında 208 əvəzinə 374 məhkum cəza çəkir. Bu səbəbdən də, şiddət və təcavüzlərin adi hal aldığı Braziliya həbsxanalarında tez-tez məhkumlar arasında müxtəlif səbəblərdən dava baş verir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Braziliya   Qiyam   Həbsxana  





Xəbər lenti