Koçaryan: “Putin məni dəstəkləyir”

Koçaryan: “Putin məni dəstəkləyir”
  19 Sentyabr 2018    Oxunub:3274
Ermənistanın ikinci prezidenti, 2008-ci ilin 1 mart qırğını ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan Rusiya prezidenti Vladimir Putinin ona böyük dəstək olduğunu bildirib.

AzVision.az xəbər verir ki, bu barədə Koçaryan “Kommersant”a müsahibəsində deyib. Onun sözlərinə görə, Putinin ad günü münasibətilə ona təbrik zəngi etməsi ciddi dəstəkdir.
“Bu zəng mənim üçün ciddi dəstəkdir. Amma mən bu cür münasibətləri heç vaxt reklam edərək ictimailəşdirməmişəm”, – deyə Koçaryan vurğulayıb.

Xatırladaq ki, 31 avqustda Putin Koçaryana zəng edərək onu 64 yaşına qədəm qoyması münasibətilə təbrik edib. Kremlin rəsmi saytında yerləşdirilən məlumatda bildirilib ki, Rusiya prezidenti Koçaryanla çox isti və səmimi söhbət aparıb.

Qeyd edək ki, 10 ildən sonra yenidən siyasi meydana qayıdan Koçaryan Ermənistanın küçə aksiyaları ilə hakimiyyətə gələn baş naziri Nikol Paşinyanın əsas rəqiblərindəndir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti