Hərbi təyinatı olmayan metal əşya aşkarlanıb
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Xəzər rayonu Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Yesenin küçəsi 87 ünvanına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd heç bir hərbi təyinatı
olmayan metal əşya aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Metal əşyanın tapıldığı yerin ətrafında 1 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
AzVision.az