Makron Tramp və Ruhani ilə görüşəcək
Makronun Trampla 24 sentyabr, Ruhani ilə isə 25 sentyabrda görüşüb danışıqlar aparacağı planlaşdırılır. Fransa prezidenti həmçinin, Nyu-Yorkda BMT baş katibi Antoniu Quterreşlə də görüşəcək.
Qeyd edək ki, BMT-nin növbəti – 73-cü sessiyası dünəndən öz işinə başlayıb. Sessiyanın sədri Ekvadorun sabiq baş naziri Mariya Qarsesdir. 73-cü sessiya üzrə əsas tədbir və iclaslar, həmçnin çıxışlar isə 25 sentyabrdan start götürəcək və bir həftə davam edəcək. Bu müddət ərzində BMT zallarında 93 dövlət başçısı, 41 hökumət başçısı və 55 xarici işlər naziri geniş nitqlə çıxış edəcəklər.
Leyla Elbrusqızı
AzVision.az