Şimali Koreyada tarixi hadisə - İlk dəfə xalq önündə çıxış etdi

Şimali Koreyada tarixi hadisə - İlk dəfə xalq önündə çıxış etdi
  19 Sentyabr 2018    Oxunub:2868
Tarixdə ilk dəfə olaraq Cənubi Koreyanın prezidenti açıq tribunadan Şimali Koreya əhalisi önündə çıxış edib.
AzVision.az Koreyalararası sammitin Seul mətbuat mərkəzinə istinadən xəbər verir ki, Cənubi Koreya prezidenti Mun Çje İn Pxenyandakı geniş stadionda 150 min Şimali Koreya sakini qarşısında nitq söyləyərək onların lideri Kim Çen Inla apardığı danışıqların yekunu barədə danışıb.

“Gəlin, sülhə doğru böyük addım ataq və birlikdə yeni gələcəyə daxil olaq. Bu gün keçirdiyimiz görüşlər içərisində bu an tarixdə ən gözəl səhnə kimi yadda qalacaq”, – deyə Çje İn bəyan edib.

Onun bu çağırışını Şimali Koreya əhalisi alqışlarla qarşılayıb. Cənubi Koreya prezidentinin şərəfinə kütləvi gimnastika şousu göstərilib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Koreya   Pxenyan   Seul  





Xəbər lenti