Ukraynada nazirin əmlakına həbs qoyuldu

Ukraynada nazirin əmlakına həbs qoyuldu
  19 Sentyabr 2018    Oxunub:2521
Ukraynanın infrastruktur naziri Vladimir Omelyanın əmlakına həbs qoyulub.
AzVision.az xəbər verir ki, bu barədə Kiyevin Solomenskiy rayon Məhkəməsi qərar çıxarıb.

Omelyan qanunsuz zənginləşmədə ittiham edilir. Nazir isə bu ittihamları rədd edib. Məhkəmə 5 milyon qriven girovla Omelyanın barəsində həbs qətimkan tədbirini dəyişdirib. Ondan ölkəni tərk etməməsi tələb olunub.

AzVision.az


Teqlər: Ukrayna   Nazir   Əmlak  





Xəbər lenti