"Qarabağ" - "Arsenal" matçının biletləri satışa çıxarılır

"Qarabağ" - "Arsenal" matçının biletləri satışa çıxarılır
  20 Sentyabr 2018    Oxunub:6624
UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək "Qarabağ" - "Arsenal" matçının biletlərinin satışa çıxarılacağı vaxt açıqlanıb.
AzVision.az "Qarabağ" klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlər qarşılaşmanın biletlərini sabahdan etibarən ala bilərlər.

Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manatdır. Fanatlar biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iticket.az saytından əldə edə bilərlər.

Satış məntəqələri:

Qarabağ FK Fan-şop ("Park Bulvar")

İticket kassaları

Sumqayıt şəhəri ("ASAN Xidmət")

"28 Mall"

"Gənclik Mall"

Qeyd edək ki, "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

AzVision.az


Teqlər: Qarabağ   Arsenal   UEFA  





Xəbər lenti