İrəvanda tələbələr etiraz aksiyası keçirib

İrəvanda tələbələr etiraz aksiyası keçirib
  20 Sentyabr 2018    Oxunub:3310
İrəvan dövlət tamaşa və kino institutunun tələbələri tədris müəssisəsinin binası qarşısında etiraz aksiyası keçiriblər.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, tələbələr müəssisə rəhbərliyindən son 4 ilin maliyyə hesabatlarını təqdim etməyi tələb ediblər. Onlar həmçinin rektoru istefaya çağırıblar.

Etirazçı tələbələr bəyan ediblər ki, institutda mənimsəmə faktları mövcuddur. Bildirilib ki, 2012-2016-cı illər ərzində bir sıra ştat vahidlərinin açıldığı, maaş verildiyi qeyd olunsa da, bunların saxta olduğu üzə çıxıb. Diqqətə çatdırılıb ki, prorektorun ailə üzvləri institutun əməkdaşı kimi qeydiyyata alınsa da, onlar ümumiyyətdə işə gəlməyib, qanunsuz şəkildə maaş alıblar.

Rektor Davit Muradyan isə jurnalistlərə bildirib ki, mənimsəmə faktlarında onun rolu olmayıb və özünü təqsirli bilmir. Rekrotun cavabı tələbləri qane etməyib, onlar istefa tələbilə aksiyaları davam etdiriblər.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: İrəvan   Aksiya   Tələbə  





Xəbər lenti