"Qarabağı tanıtmaq üçün əlimizdə böyük şans var" - Qurban Qurbanov

"Qarabağı tanıtmaq üçün əlimizdə böyük şans var" - Qurban Qurbanov
  20 Sentyabr 2018    Oxunub:5394
"İlk oyunumuza çıxacağıq. Çox böyük təcrübəyə malik komandaya qarşı oynayacağıq. Problemlərimiz var, ancaq bu oyuna pis hazırlaşmamışıq. Rəqibi yaxşı tanıyırıq"

AzVision.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Sportinq"lə səfər oyunu öncəsi mətbuat konfransında deyib.
Q.Qurbanov hesab edir ki, sabah hər birimiz üçün maraqlı oyun olacaq: "Üstünlük “Sportinq”dədir. Öz meydanlarında oynayırlar. Onlar evdə çox aqressiv oynayırlar, hücumda olmağı xoşlayırlar. Ağır olacağını bilirik. Hər bir halda, rəqibi yaxından tanımışıq, düşünürəm ki, futbolçular meydanda əlindən gələni edəcəklər".

Baş məşqçi bildirib ki, belə turnirlərdə iştirak etmək ölkəmizin tanınması üçün böyük addımdır.

"10 ildir ki, bu komandadayam. Bu günə kimi məsuliyyətli olmağa çalışmışam. Qarabağ adını, nələr ifadə etdiyini, bu bölgənin başına nələr gəldiyini dərk etmək lazımdır. Belə turnirlərdə iştirak etmək ölkəmizin tanınması üçün böyük addımdır. Klub çalışmalıdır ki, daim stabil çıxış etsin. Məmnunam ki, bu klubdayam. Bu adın Azərbaycana aid olduğunu tanıtmaq üçün əlimizdə böyük şans var. Bundan yararlanmağa çalışırıq. Bir neçə ölkədə olmuşuq. Bundan sonra daha çox məlumatlı olublar, biliblər ki, Qarabağ Azərbaycanın bölgəsidir", - Q.Qurbanov deyib.

AzVision.az


Teqlər: Qarabağ   Qurban-Qurbanov  





Xəbər lenti