ABŞ-da məhkəməyə silahlı hücum edilib

ABŞ-da məhkəməyə silahlı hücum edilib
  20 Sentyabr 2018    Oxunub:2391
ABŞ-ın Pensilvaniya ştatındakı Meysontaun şəhərinin Fayet dairə məhkəməsinə silahlı şəxsin hücumu nəticəsində 4 nəfər yaralanıb. Onların sırasında polis əməkdaşı da var.
AzVision.az xəbər verir ki, bu barədə Pensilvaniya polisi məlumat yayıb.

Qeyd olunur ki, Fayet dairə məhkəməsinin binasına daxil olan silahlı şəxs atəş açaraq 2 kişi və bir qadını yaralayıb. Daha sonra ona mane olmağa çalışan polis əməkdaşı da güllə yarası alıb. Lakin yaralı polis silahlını zərərsizləşdirə bilib və hücum edən şəxs hadisə yerindəcə ölüb.

Atışma zamanı məhkəmədə bir neçə iş üzrə iclas keçirilib və dinləmələr aparılıb. Silahlının məişət zorakılığı ilə bağlı açılan cinayət işlərindən birində müttəhim olduğu aydınlaşıb.

Leyla Elbrusqızı
AzVision.az




Teqlər: ABŞ   Məhkəmə  





Xəbər lenti