“Çin Rusiyadan daha təhlükəlidir”– Pompeo

“Çin Rusiyadan daha təhlükəlidir”– Pompeo
  20 Sentyabr 2018    Oxunub:2558
ABŞ dövlət katibi Mayk Pompeo Rusiyanın özünü aqressiv apardığını və bu səbəbdən də, onun qarşısının alınmasının vacibliyini vurğulayıb. Lakin Pompeonun fikrincə, ABŞ üçün Çin Rusiyadan daha böyük təhdiddir.
AzVision.az xəbər verir ki, bu barədə Pompeo “Fox News” telekanalına müsahibəsində bəyan edib.

“Rusiya özünü aqressiv aparır və bizim seçkilərə müdaxilə etməyə çalışır. Vladimir Putinin rəhbərliyi altında Rusiya “xuliqan” olaraq qalır. Biz bacardığımız qədər onlara cavab verməli və qarşısını almalıyıq. Lakin əgər uzunmüddətli perspektivdə ABŞ iqtisadiyyatının artım tempinə risklər yaratmaq yolu ilə amerikalıların həyat tərzinə qarşı mümkün təhdidlərə baxsaq, onda Çin ABŞ üçün daha böyük təhdidir”, – deyə Pompeo Rusiya, yoxsa Çinin ABŞ üçün daha çox təhdid yaratdığına dair sualı cavablandırarkən vurğulayıb.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Rusiya   ABŞ   Çin  



Xəbər lenti