
Ermənistan və Rusiyadakı analitik mərkəzlər isə Paşinyanla eyni nikbinliyi bölüşmürlər. Rusiyalı hərbi ekspert Vladimir Yevseyev hesab edir ki, Xaçaturovdan sonra Ermənistan KTMT-dəki baş katib postundan məhrum olacaq.
“Paşinyanın nikbinliyi özünü doğrultmayacaq. Çünki Xaçaturovdan sonra baş katib postunun Ermənistanda qalması üçün Paşinyan Lukaşenko və Nazarbayevlə söhbət edib. Lakin aydın olub ki, onlar Paşinyana rədd cavabı veriblər və Ermənistan bu məsələdə dəstəksiz qalıb. KTMT-nin yaxın zamanda baş tutacaq növbəti sammitində baş katib postu Belarusa keçəcək”, – deyə Yevseyev vurğulayıb.
Leyla Elbrusqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


