27 ölkə “Brexit”ə görə fövqəladə sammit çağırdı

27 ölkə “Brexit”ə görə fövqəladə sammit çağırdı
  20 Sentyabr 2018    Oxunub:3118
Avropa İttifaqının (Aİ) 27 üzv dövləti Böyük Britaniyanın Aİ-dan çıxmasına dair noyabrda fövqəladə sammit keçirilməsinə razılıq verib.

AzVision.az xəbər verir ki, bu barədə Avstriyanın baş naziri Sebastian Kurz Aİ-nın Zalsburdakı qeyri-formal sammitində bəyan edib.
Onun sözlərinə görə, təşkilatın üzvləri Aİ Şurasının prezidenti Donald Tuskun “Brexit” barədə xüsusi iclas keçirilməsi təklifini qəbul ediblər.

Kurz vurğulayıb ki, Britaniya ilə Aİ “Brexit”lə bağlı hələ də əvvəlkitək fərqli baxışlara malikdirlər: “Bildiyiniz kimi bizim yanaşmalarımız bir-birindən fərlənir”

Qeyd edək ki, ötən gün Aİ Şurasının prezidenti Donald Tusk Britaniyanın təşkilatı tərk etməsi üzrə danışıqların aparılması və problemli məsələlərin müzakirəsi üçün noyabrda 27 üzv dövlətin fövqəladə sammitinin keçirilməsini təklif edib.

“Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu lin 29 martında başa çatacaq və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Britaniya   Avropaİttifaqı  





Xəbər lenti