Koreyalararası sülh müqaviləsinin şərtləri

Koreyalararası sülh müqaviləsinin şərtləri
  20 Sentyabr 2018    Oxunub:2778
Seulla Pxenyan arasında sülh müqaviləsinin imzalanması yalnız Şimali Koreyanın tam nüvəsizləşdirilməsinə nail olduqdan sonra mümkündür.
AzVision.az xəbər verir ki, Pxenyanda Şimali Koreya lideri Kim Çen Inla keçirdiyi 3 günlük sammitdən sonra Seula qayıdan Cənubi Koreya prezidenti Mun Çje İn jurnalistlərə açıqlamasında belə deyib.

Ölkəsində 28 min 500 amerikalı hərbçinin mövcudluğunun Koreyalararası sülh müqaviləsi bağlanmasına əngəl törətmə ehtimalı ilə bağlı sualı cavablandırarkən Çje İn vurğulayıb ki, “Şimali Koreya ilə sülh sazişi imzalanması və ya müharibənin sona çatmasının elan olunmasından asılı olmayaraq, amerikalı hərbçilərinin yerləşdirilməsi məsələsi Cənubi Koreya ilə ABŞ-ın birgə qərarı ilə müəyyənləşir.”

O həmçinin bildirib ki, Şimali Koreya lideri Kim Çen In da bu cür mövqe ilə razıdır və hesab edir ki, müharibənin bitməsinə dair bəyannamə konsepsiyası təkmilləşdikdə, maraqlı ölkələr arasında sülh müqaviləsinin imzalanmasına daha tez nail olunacaq.

“Sülh müqaviləsi yalnız nüvəsizləşdirməyə nail olunduqdan sonra mümkündür. Ona qədər isə atəşkəs haqqında saziş qüvvədə olacaq.

Xatırladaq ki, 1950-53-cü illərin Koreya müharibəsi Pxenyanla Seul arasında sadəcə atəşkəs müqaviləsinin imzalanmasilə yekunlaşıb. Həmin dövrdən etibarən Şimali və Cənubi Koreya dövlətləri faktiki olaraq müharibə şəraitindədirlər.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Koreya   ABŞ  





Xəbər lenti