"Sportinq" - "Qarabağ" oyunu: heyətlər açıqlandı

"Sportinq" - "Qarabağ" oyunu: heyətlər açıqlandı
  21 Sentyabr 2018    Oxunub:5915
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində saat 23:00-da başlayacaq "Sportinq"-“Qarabağ” görüşü üçün start heyətlər açıqlanıb.
“Qarabağ”ın start heyətində Vagner, Qara Qarayev, Maksim Medvedev, İnnosent Emeqara, Abdella Zubir, Mahir Mədətov, Filip Ozoviç, Yaqub Jerniçak, Bədavi Hüseynov, Donald Gerye və Çoşqun Diniyev yer alıb.

"Sportinq" klubunun ilk onbirliyində isə meydana Romen Salen, Sebastyan Koates, Brunu Fernandeş, Markos Akunya, Fredi Montero, Stefan Ristovski, Rodrigo Batalya, Nani, Rafinya, Jeremi Matyö və Nemanya Qudel çıxacaq.

Qeyd edək ki, “Joze Alvalade” stadionunda keçiriləcək qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.

AzVision.az


Teqlər: Qarabağ   Sportinq   UEFA   Avroliqa  





Xəbər lenti