"Qarabağ" "Sportinq"ə məğlub oldu - Yenilənib

  21 Sentyabr 2018    Oxunub : 4923
"Qarabağ" "Sportinq"ə məğlub oldu - Yenilənib
UEFA Avropa Liqasında qrup mərhələsinə start verilib.
AzVision.az xəbər verir ki, turnirdəki yeganə təmsilçimiz “Qarabağ” səfərdə “Sportinq”lə qarşılaşıb.

Matçın ilk hissəsində qapılara qol vurulmayıb. Ağdam təmsilçisi 45 dəqiqə ərzində inamlı oyun nümayiş etdirib.

İkinci hissədə oyun rəqibin üstünlüyü ilə keçib. “Sportinq” öz meydanında “Qarabağ”a 2 cavabsız qol vuraraq görüşdən qalib ayrılıb.

Qeyd edək ki, “Joze Alvalade” stadionunda keçiriləcək qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edib.

AzVision.az

Teqlər: