Misirdə fironların şəxsi həkiminin qəbri tapıldı

Misirdə fironların şəxsi həkiminin qəbri tapıldı
  24 Oktyabr 2013    Oxunub:1378
Çex arxeoloqları Qahirədə fironların dövrünə aid yeni sərdabə aşkar ediblər.
Çex arxeoloqlarının fikrincə Misirin paytaxtı Qahirənin cənub-qərbində Abusir nekropolunda aşkar edilmiş qəbir qədim fironların şəxsi həkiminin qəbridir. Bunu qəbrin divarlarında həkk olunmuş mixi yazılar da təsdiq edir.

4 min il yaşı olan bu tapıntıya aid rəsmi məlumatda isə bildirilir ki, mumiyalaşdırılmış nəş Qədim Misir təbabətinin korifeylərindən birinə məxsusdur. Belə ki, fironlara aid nekropolda yalnız onlara çox yaxın olan tanınmış kimsələr dəfn oluna bilərdi.

Qeyd edək ki, Abusirdə Fironların 5-ci sülaləsinə məxsus nekropol kompleksi yerləşir. 14 piramidadan ibarət bu kompleksdəki bütün sərdabələr 4-cü sülalə fironlarına məxsus sərdabələrdən ölçüsünə görə fərqlənir. Qeyd edək ki, Abusirdə aşkar edilmiş ən qədim sərdabə bizim eradan 2500 il əvvələ aiddir.

Ləman Əzizli
AzVision.az



Teqlər:





Xəbər lenti