Avroliqa həyəcanı davam edir

Avroliqa həyəcanı davam edir
  24 Oktyabr 2013    Oxunub:1411
Bu gün Avropa Liqasının qrup mərhələsində III turun oyunlarına start veriləcək.
Çempionlar Liqasından fərqli olaraq qitənin ikinci dərəcəli turnirində bütün oyunlar bir gündə keçiriləcək.

Azərbaycan futbolsevərlərinin diqqəti yenidən Türkiyəyə yönələcək. Burada yerli "Trabzonspor" Polşanın "Legiya" klubunu qəbul edəcək.

Milli komandamızın üzvü Ruslan Abışovun şərəfini qoruduğu "Rubin" səfərdə İngiltərənin "Uiqan" klubu ilə üz-üzə gələcək.

"Qarabağ"ı Avroliqanın qrup mərhələsinə düşməkdən məhrum edən "Ayntraxt" səfərdə "Makkabi" (Təl-Əviv) ilə qarşılaşcaq.

"İnter"i Avroliqanın II təsnifat mərhələsində mübarizədən kənarlaşdıran "Tromse" "Anji"nin qonağı olacaq.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində növbəti turun oyunları noyabrın 7-də keçiriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti