Genişmiqyaslı təlimlər: Gecə vaxtı döyüş atışları keçirildi - FOTOLAR+VİDEO
21 Sentyabr 2018
Oxunub:3824
Genişmiqyaslı təlimlərin planına uyğun olaraq müxtəlif poliqonlarda gecə vaxtı və məhdud görmə şəraitində döyüş atışları icra olunub.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, təlimlərə cəlb olunan qoşunlar silahlanmada olan müasir silah və hərbi texnikanın tətbiq ilə şərti düşmənin bütün hədəflərini məhv edərək qarşıya qoyulan tapşırıqları yerinə yetiriblər.